Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi - VİDEO

Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi - VİDEO

Tarix: 19 Oktyabr 2024 07:58

İstanbulda körpələri əlaqəli xəstəxanalara yönləndirərək qanunsuz gəlir əldə edən və laqeyd davranışları ilə onların ölümünə səbəb olan bir qrupun peşman olmuş üzvlərinin ifadələri ortaya çıxıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Dəhşətli təfərrüatları danışan şübhəlilərdən biri, tibb işçisi Hakan Doğukan Taşcı həkimin əvəzinə tibbi sənədlər yazdığını, qanunsuz dərman satdığını etiraf edərək, peşman olduğunu bildirib. Digər şübhəli, tibb işçisi Hasan Basri Gök isə xəstəxanaya gətirilən bir körpənin ağır narkotik dərmanlarla yuxuya verildiyini, sonra körpəyə müdaxilə edilməsinə baxmayaraq ürək anomaliyası səbəbindən getdikcə göyərməyə başladığını, lakin verilən dərmanlarla körpənin xəstəxanada saxlanıldığını deyib.

Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib. Ekspertlər bunun tibb işçilərinin laqeydliyi və qanunsuz əməlləri ilə əlaqəli olduğunu bildirirlər.

Qanunsuz əməlləri hesabına qazanc əldə edən və laqeyd davranışları ilə qəsdən yenidoğulmuşların ölümlərinə səbəb olan cinayətkar qrup barədə aparılan istintaq başa çatdırılaraq ittihamnamə hazırlanıb. İttihamnamə qiymətləndirmə aparılması üçün Bakırköy prokurorluğuna göndərilib.

Məhkəmənin ittihamnaməni araşdırma prosesi davam edir.


Etiketlər:  Türkiyədə yeni doğulan körpələri narkotiklərlə yuxuya verən cinayətkar dəstə ifşa edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ