Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçı tökülənlər nə yesin? – 10 qida

Saçı tökülənlər nə yesin? – 10 qida

Tarix: 19 Oktyabr 2024 08:30

Payızda saçların tökülməsi sürətlənir, saçtökülmənin səbəbləri çoxdur, amma əsas səbəblərdən biri qeyri-sağlam qidalanma, avitaminozdur.

Sonxeber.net Medicina.az-a istinadən xəbər verir ki, həkim trixoloq Anna Potapenko saçı tökülənlərə rasionu dəyişmək üçün tövsiyələr verib.

"Saç tökülməsi qanazlığı, stress, ağır xəstəlik, infeksiyalardan ola bilər. Əlbəttə, müalicə üçün həkimə getmək lazımdır. Başa soğan, istiot, maska qoymaqla saç tökülməsi müalicə edilmir.

Pasiyent evdə özü nə edə bilər? Təbii ki, qidasını dəyişə bilər.

Tüklər üçün ən yaxşı qidalar B qrup, E vitamini, biotin, dəmir və yağ turşularıdır.

Ona görə həftəlik bu qidaları rasiona daxil edin:

- Yumurta

- Kəsmik

- Pendir, yoqurt

- Göbələk

- Mərci, paxla

- Yaşıl göyərti, tərəvəzlər

- Alma, manqo, kivi, portağal

- Soyuq sıxım yağlar

- Yağlı balıq

- Dəniz məhsulları.


Etiketlər:  Saçı tökülənlər yesin qida


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ