Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda gənclər arasında insult halları ARTIB - VİDEO

Azərbaycanda gənclər arasında insult halları ARTIB - VİDEO

Tarix: 19 Oktyabr 2024 08:48

Son illərdə ölkəmizdə insult halları sürətlə artır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, dünya səhiyyə təşkilatının məlumatına görə Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadı. Ümumilikdə, ölkədə hər il təxminən 11000 dən çox insan insult keçirir.

İnsult əvvəllər daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, indi bu xəstəlik gəncləri də ağuşuna alıb. Nevroloq Röyanə Quluzadə deyir ki, yüksək arterial təziq, qanın laxtalanmaya meyililiyi, şəkərli diabet kimi xəstəliyi olan istənilən yaş qrupuna aid insanlarda damarlar zədələnir. Belə olduqda isə insult və infakta meyillilik  artır.

Risk faktorları arasında diabet, stress, qeyri-sağlam qidalanma və genetik meyillilik də yer alır. Kardioloq Günay Rəhimova deyir ki, bəzən ürək damarlarında tromp dənəcikləri əmələ gəlir. Daha sonra bu dənəciklər birləşdiyi halda böyük trompa çevrilərək insult faktını yaratmış olur.

Gənclər arasında artan insult halları ciddi narahatlıq doğurur. Amma sağlam həyat tərzi və vaxtında tibbi müdaxilə ilə bu problemi azaltmaq mümkündür. Gənclərimiz sağlamlığını qorumaq üçün aktiv olmalı, stressi idarə etməli və mütəmadi olaraq həkim yoxlanışından keçməlidirlər.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Azərbaycanda gənclər arasında insult halları ARTIB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ