Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Satış müdiri faciəvi şəkildə öldü

Satış müdiri faciəvi şəkildə öldü

Tarix: 19 Oktyabr 2024 08:22

İstanbulun Şişli şəhərində 43 yaşlı Burcu E. təmizlik işləri apararkən açdığı şkafın üstünə düşməsi nəticəsində həyatını itirib.

Sonxeber.net Sonxeber.az-a istinadən xəbər verir ki, Hadisə ötən gün saat 15:00 radələrində Mithatpaşa küçəsində yerləşən binanın 2-ci mərtəbəsində baş verib.

Satış müdiri olduğu bildirilən Burcu E. (43) şkafın altını təmizləmək üçün onun yerindən tərpədib. O, içərisindəki əşyaları çıxararkən şkaf onun üstünə düşüb.

Vəziyyəti görən ailə üzvlərinin məlumatı üzərinə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib.

Həkimlər Burcu E.-nin hadisə yerində həyatını itirdiyini müəyyən edib.

Hadisə yeri araşdırma qruplarının işinin ardından Burcu E.-nin meyiti tibbi ekspertizaya göndərilib.

Əməliyyatlar başa çatdıqdan sonra meyit ailəsinə təhvil verilib.


Etiketlər:  Satış müdiri faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ