Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2024 22:24
Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan "can verir". Bu baxımdan şəhərin bir neçə regionunda sakinlər üçün yaşayış çətinləşib.
Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bir sıra ekspertlər həmin bölgələri 4 yerə bölüb.
Birinci yerdə 20 yanvar və Şamaxinka deyilən ərazidir. Şəhərin çıxış qapısı sayılan bu yer həm də qulaq batıran səs-küyü ilə seçilir. Burada əhali kontingenti olduqca qarışıqdır. Üstəlik, çoxlu sayda xəstəxana və tibb ocaqlarının yerləşməsi buraya ağır bir ab-hava verir.
İkinci yerdə isə Əcəmi və 3-cü mikrorayon dairəsi məskunlaşıb. Bu ərazi Sovet hakimiyyəti dövründə tikintilər şəhərsalma normalarına uyğun aparılsa da, hazırki dövrdə bu sahədə ciddi nöqsanlara yol verilib. Bir neçə alış-veriş mərkəzlərinin, o cümlədən Moskva univermağının yerləşməsi sözügedən rayonun yaşama şərtlərini ağırlaşdırıb. Əhalinin kontingenti burada da qarışıqdır, nəqliyyat sıxlığı getdikcə dramatikləşir.
3-cü sırada "Neftçilər", "Xalqlar dostluğu", "Qara Qarayev" metrosu əraziləridir. Şəhərin digər yerləri kimi burada da mühit olduqca ağırdır, kontingent müxtəlifliyi ilə seçilir, yollar sıxlığa davamlı deyil, pərakəndə alış-veriş mərkəzləri rayonun yaşam səviyyəsini aşağı salıb.
4-cü bölgə isə Yeni Yasamaldır. Burada tikilən binalar heç bir şəhərsalma normalarına uyğun tikilməyib. Şəhərin mərkəzinə yollar olduqca darısqal və keyfiyyətsizdir. Əhali sayına görə sıx ərazi hesab olunur. Memarlıq üslubu ilə tikilən binalar isə olduqca azdır.