Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 05:06
İsveçrə və ABŞ-dan olan beynəlxalq alimlər qrupu təyyarədən almaz tozunun atmosferə atılmasının Yer kürəsini soyuda biləcəyinə dair sübutlar tapıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalında dərc olunub.
Bu yeni işdə komanda iqlim tənzimlənməsi üçün hansı materialın ən uyğun olduğunu anlamaq üçün 3D model qurdu. Proqram həmçinin müxtəlif aerozolların, məsələn, işıq və istiliyin əks olunması kimi təsirləri ehtiva edirdi.
Tədqiqatçılar daha sonra yeddi maddənin: kalsit, almaz, alüminium, silisium karbid, rutil, kükürd dioksidi və anataza (titan dioksidin variasiyası) hissəciklərinin səpilməsinin Yerə təsirini simulyasiya etdilər.
Nəticələr, almaz tozunun ən çox işığı və istiliyi əks etdirəcəyini göstərdi. Bundan əlavə, almaz hissəcikləri bir-birinə yapışmadan ağlabatan müddət ərzində havada qala biləcək.
Alimlər qeyd ediblər ki, almaz kimyəvi cəhətdən inertdir, ona görə də o, atmosferdəki digər birləşmələrlə reaksiya verməyəcək və turşu yağışlarına səbəb olmayacaq.
Modelə görə, 5 milyon ton sintetik almaz tozunun atmosferə səpilməsi 45 il ərzində Yeri 1,6°C soyudacaq. Halbuki belə bir layihənin dəyəri təxminən 200 trilyon dollar olacaq.