Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını öldürməkdə təqsirli bilinən sabiq nazir həbsxanadan qaçıb? - Yenilənib

Arvadını öldürməkdə təqsirli bilinən sabiq nazir həbsxanadan qaçıb? - Yenilənib

Tarix: 11 Noyabr 2024 07:00

06:53

Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzası alan ölkənin keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin cəzaçəkmə müəssisəsidən qaçması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

"Report" xəbər verir ki, bu barədə "KazTAG" agentliyi məlumat yayıb.

Komitə bildirib ki, sosial şəbəkələrdə K. Bişimbayevin qaçması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhkum cəzasını ciddi rejimli müəssisədə çəkir.

Qeyd olunub ki, yalan məlumatın yayılması ilə bağlı artıq cinayət işi başlanıb və təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.

---------------
2024.11.10

Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çıxıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, AIRAN telekanalının jurnalistlərinin araşdırması sayəsində məlum olub.

"Sabiq nazir Arşalı kəndindəki cəzaçəkmə müəssisəsində olub, lakin onu orada tapmaq mümkün olmayıb", - AIRAN telekanalı xəbər verir.

Bişimbayevin saxlanmalı olduğu koloniyada olmaması barədə məlumatı vəkili də təsdiqləyib.

Qazaxıstanın hüquq-mühafizə orqanları Bişimbayevin yoxa çıxmasından sonra harada olması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Qazaxıstanın sabiq naziri Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlinə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Arvadını öldürməkdə təqsirli bilinən sabiq nazir həbsxanadan qaçıb Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ