Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toppuş bacı''nın əri ondan qalan əşyaları PAYLAŞDI - FOTO

''Toppuş bacı''nın əri ondan qalan əşyaları PAYLAŞDI - FOTO

Tarix: 13 Noyabr 2024 17:20

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal ondan qalan əşyaların fotosunu paylaşıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, aktrisanın pulqabısından çıxan əşyaları paylaşaraq bunları yazıb:

"Tünzalənin bəzi əşyaları var ki, hələ də cəsarət etmirəm toxunmağa. Pulqabısını bu gün açdım, içindən evin açarı və 1 manat çıxdı. Bir anlıq düşündüm ki, səhər qapını bağlayıb işə gedirik, axşam gəlib təkrar açacayıq. Nə bilim, vaxt dolana qədər hərəmiz bir təhər yaşamağa çalışırıq. Çox darıxıram yoldaşım üçün, bir yandan da günlər elə tez keçir ki... Sanki ona qovuşacağım günlər daha sürətlə gəlir".

Qeyd edək ki, "Toppuş ləqəbli" aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Onun Zəhra adlı bir qız övladı var.


Etiketlər:  Toppuş bacının əri ondan qalan əşyaları PAYLAŞDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ