Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2024 09:38
Türkiyə istehsalı olan "Bayraktar TB3" dronu qısa uçuş-enmə zolağına enən və qalxan ilk pilotsuz uçuş aparatı kimi dünya aviasiya tarixinə düşməyi bacarıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, "TCG Anadolu" gəmisində həyata keçirilən sınaq uğurla başa çatıb.
Sınaq Egey və Aralıq dənizinin qovuşduğu nöqtədə 46 dəqiqə çəkib. Bununla da, "Bayraktar TB3" aviasiya tarixində yeni bir çığır açıb.