Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2024 18:10
Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.
Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.
Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, bundan qabaq bir nəfər vətəndaş müğənni barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Hazırda məhkəmədə Dəniz Əsədova barəsində həmin şikayət üzrə məhkəmə prosesi davam edir.
---------------
2024.12.01
"Müğənni Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunub".
Sonxeber.net bildirir ki, Globalinfo.az-a daxil olan məlumata görə, müğənninin sosial şəbəkə hesablarında təhqir etdiyi bir vətəndaş onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
İddialara görə, məhkəmədən yayınan Dəniz Əsədova barəsində məhkəmə onun axtarışa verilməsini qərara alıb.
Bundan əlavə bildirilir ki, Binəqədi rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri xarakterli qərarı ilə Dəniz Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq da qadağan edilib.
Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları təhqir etdiyi üçün digər maddələrlə məsuliyyətə cəlb edilib.