Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 12:45
Bakı. Trend:
Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan Kinematoqrafçılar İttifaqının 1-ci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ümumilli lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi misilsiz töhfələrdən, onun Azərbaycan kinosunun hamisi olması haqda danışıb.
C.Quliyev qeyd edib ki, 121-ci ilini qeyd edəcəyimiz Azərbaycan kinosu Heydər Əliyevin adı ilə bağlıdır. Məhs Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, “Milli Kino Günü” yaradılıb. Şəxsən onun qayğısı ilə “Nəsimi”, “Dədər Qorqud”, “Babək”, “Cavid Ömrü”, “Hökümdarın taleyi” və başqa tarixi filmlər ərsəyə gəlib.
Tədbirin davamında çıxış edən Prezident təqaüdçüsü, kinoşunas Aydın Kazımzadə 1984-cü il 18 mayında, Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşündən danışıb.
Tədbirin sonunda rejissoru Etibar Məmmədov olan “Qalxan və Qılınc” filmi nümayiş olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin