Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış kosmetoloqla bağlı məhkəmə qərar verdi

Tanınmış kosmetoloqla bağlı məhkəmə qərar verdi

Tarix: 5 Dekabr 2024 12:18

Ali Məhkəmədə barəsində xüsusi ittiham qaydasında müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayeva ilə bağlı qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.net pravda.az-a istinadən bildirir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib. 

Qeyd: Məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub. Onlar Elnarə Rzayevanın "Instagram" səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə "Laser Beauty Clinic" barəsində "Fikirlərinizi əsirgəməyin, bumeranq... Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuç. Əminəmki, pulla hamını həmişəki kimi satın ala bilmiyəcəklər, ən azı bu dəfə..." sözlərini yazıb.

Xüsusi ittiham qaydasında şikayət edən MMC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (Təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.

Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl Xalq artistinin gəlininin "LBC" estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil.

Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, digər proses iştirakçısı tərəfindən apellyasiya şikayəti birbaşa apellyasiya məhkəməsinə verildiyi üçün iş məhkəmə baxışından çıxarılıb. 


Etiketlər:  Tanınmış kosmetoloqla bağlı məhkəmə qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ