Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atasını görmək istəməsə də, mirasına yiyələndi

Atasını görmək istəməsə də, mirasına yiyələndi

Tarix: 7 Dekabr 2024 07:55

Dünya şöhrətli aktyorlar Tom Kruz və Keti Holmsun 18 yaşlı qızı Suri heç bir əlaqəsi olmayan atasından böyük miras alıb. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki,18 yaşına çatdıqdan sonra övlad, atasının yaratdığı etimad fonduna giriş əldə edib.

"O, apreldə 18 yaşı tamam olanda pulu əldə edə bilib, pulun qalan hissəsini 30 yaşı tamam olan kimi alacaq. Etimad fondu elə qurulub ki, bütün pulları bir anda almayacaq", - deyə, gizli mənbə nəşrə bildirib.

Məbləğin nə qədər olduğu isə açıqlanmayıb.

Eyni fondun Surinin anası Keti Holms tərəfindən yaradıldığı bildirilir.

"Keti öz maliyyəsi və təbii ki, qızının rifahı ilə maraqlanır. O, onun yaxşı olmasını və həyat keyfiyyətinin yüksək olmasını istəyir", - deyə gizli mənbə nəşrə vurğulayıb. 

Qeyd edək ki, Surinin atası Tom Kruzla münasibətləri pisdir. 2012-ci ildə Kruzdan boşandıqdan sonra Keti Holms qızının yeganə qəyyumluğunu alıb. Toma məhkəmə qızını ziyarət etmək imkanı versə də, lakin o bütün bu illər ərzində onu görməyib. Suri yetkinlik yaşına çatdıqdan sonra da atası ilə ünsiyyət qurmağı planlaşdırmır.

"Mirror" nəşrinin məlumatına görə, Tom Kruzun qızı bu yaxınlarda soyadından çıxıb və indi Suri Noel adını daşıyır. Noel isə Keti Holmsun ata adıdır.


Etiketlər:  Atasını görmək istəməsə mirasına yiyələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ