Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2024 00:22
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, FTX-nin Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşlarının Dağıstanın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının gizli hücrəsinin iri terror aktı törətməyi planlaşdıran 12 üzvü saxlanılıb.
Əməliyyatın təfərrüatları açıqlanmayıb.