Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 07:06
İsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonadan kənara çıxıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" İsraildəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail qoşunlarının Qolandan kənarda yerləşdirilməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər.
İsrail Ordusunun bufer zonadan kənarda olduğunu dolayısı ilə təsdiqləyən Baş Qərargah rəisi Herzi Halevinin Suriya ərazisinə qoşun yeritməklə bağlı açıqlamaları olub.
Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib.
Bundan əvvəl Baş nazir Benyamin Netanyahu iki ölkə arasında 1974-cü ildə əldə edilmiş razılaşmanın ləğv olunduğunu bildirib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.