Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 23:22
Türkiyə Superliqasının XV turunun "Sivasspor"la oyununda zədələnən "Qalatasaray"ın iki futbolçusu Barış Alpər Yılmaz və Viktor Osimhenin durumuna aydınlıq gəlib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, Yılmaz üçün il vaxtından əvvəl başa çatıb. Nigeriyalı forvard Viktor Osimhen isə təxminən 2 həftə komandasına kömək edə bilməyəcək.
İstanbul klubu ötən gün "Sivasspor"a 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qalatasaray" növbəti matçını UEFA Avropa Liqasının VI turunda İsveçdə "Malmö"yə qarşı keçirəcək.