Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, Əsədin şəxsi qərarı idi''

''Bu, Əsədin şəxsi qərarı idi''

Tarix: 10 Dekabr 2024 16:00

"Suriyanın eks-prezidenti Bəşər Əsəd vəzifəsini tərk etmək qərarını özü şəxsən qəbul edib".

Sonxeber.net bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Peskova Rusiyanın Əsədin istefasında iştirak edib-etmədiyi sualı ünvanlanıb:

"Dövlət başçısı vəzifələrinin icrasından uzaqlaşmaq Əsədin şəxsi qərarı idi. Qalan hər şey barədə şərhsiz", - deyə Peskov cavab verib.

Qeyd edək ki, Əsədin ailəsi ilə birlikdə Moskvada köçdüyü bildirilir. Rusiya humanitar əsaslarla onlara sığınacaq verib.


Etiketlər:  Əsədin şəxsi qərarı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR