Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 20:54
Siyasi cinayətdə şübhəli bilinən Kamal Cəfəri Yəzdi dekabrın 10-da Məşhəddə kəşfiyyat idarəsinin qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.
Sonxeber.net xəbər verir ki, "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranda insan haqları qrupunun informasiya orqanı olan "Hrana" xəbər agentliyi məlumat verib.
Bildirilib, Cəfəri Yəzdi Məşhəddəki evində bu şəhərin kəşfiyyat idarəsi qüvvələri tərəfindən saxlanılıb.
Polis evə baxış keçirərkən Yəzdinin mobil telefonu da müsadirə edib.