Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2024 09:44
ABŞ dövlət katibi Entoni Blinken Suriyaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaqla yanaşı, ölkənin terrorçuların tramplininə çevrilməsinin qarşısını almağın da zəruri olduğunu hesab edir.
Sonxeber.net xəbər verir ki, o, bu mövqeyini İordaniya, Qətər və BƏƏ-nin XİN rəhbərləri ilə ilə telefon danışıqları zamanı açıqlayıb.
Blinken ölkənin terrorçular üçün baza və ya Suriyanın qonşu ölkələr üçün təhdid halına gəlməsinin qarşısının alınması lazım olduğunu deyib.
Dövlət katibi həmçinin ölkədə kimyəvi silah ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi və məhv edilməsinin zəruriliyini vurğulayıb.
Bundan başqa o qeyd edib ki, Suriyadakı bütün silahlı müxalif qruplar siyasi prosesdə iştirak edə bilməlidirlər. /APA