Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yenə virus yayılıb

Azərbaycanda yenə virus yayılıb

Tarix: 20 Dekabr 2024 09:30

Son günlər qripə yoluxanların sayı kəskin artıb.

İnfeksionist Aytən Ziyadova bildirir ki, infulenza virusu ilə əlaqədar müraciətlərin sayı çoxalıb. Hətta mövsümlə əlaqədar olaraq yoluxma hallarının qarşıdakı aylarda daha da artacağı gözlənilir.

Aytən Ziyadova vurğulayıb ki, virusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. Lakin bəzi şəxslərə peyvənd qadağandır. Bununla yanaşı, peyvənd olunacaq şəxslər yaş qrupuna görə dozanı düzgün seçməlidirlər.

İnfeksionist bildirib ki, yumurtanın sarısına qarşı anaflaktik şok keçirən şəxslərə yaş qurupundan asılı olmayaraq peyvənd qadağandır. Eləcə də onkoloji xəstələrə peyvənd əks göstərişli olduğundan, həmin şəxsin ailə üzvlərinin peyvənd olunması kifayətdir.

Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.


Etiketlər:  Azərbaycanda yenə virus yayılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ