Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2024 00:36
Türkiyə xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Suriyada yeni hökumətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd Colani - red.) deyib.
"Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq", - Şara bildirib.
O, həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
"Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır".