Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2025 12:32
Bu ay prezidentlik postunu tərk etməyə hazırlaşan Ağ Ev rəhbəri Co Bayden yanvarın 6-da Sakit Okean və Atlantik okeanın sahilyanı sualarında ümumilikdə 2.5 milyon kvadrat kilometrə ərazidə yeni neft-qaz quyularının qazılmasını qadağan etməyi planlaşdırır.
Sonxeber.net xəbər verir ki, bu barədə Bloomberg nəşri yerli hökumətdən olan mənbələr istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, məhdudiyyətlər Meksika körfəzinin mərkəzi və qərb sularına şamil olunmayacaq. Qeyd olunan ərazilərdə neft hasilatı onillər ərzində aparılıb. Digər su ərazilərində yataqların işlənilməsinə isə ciddi əngəllər qoyulacaq.
Bundan əvvəl keçmiş ABŞ prezidentləri, o cümlədən yeni seçilmiş prezident Donald Tramp da mərcan rifflərini, morjların qidalanma məskənlərinin və digər ərazilərin qorunması məqsədilə oxşar qərarlar qəbul etmişdilər.