Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2019 14:32
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “ProSys” şirkəti ilə görüş təşkil olunub.
Azərbaycan İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, görüşdə İnstitutunun Tədris və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov çıxış edərək, Aİİ-də təhsilin müasir texnologiyalar əsasında inkişafı və tədrisin şəffaflığının təmin edilməsinin İnstitut qarşısında duran prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Bu məqsədlə ölkəmizdə sözügedən sahədə kifayət qədər potensiala və təcrübəyə malik olan şirkətlərlə əlaqələr qurmağa çalışırıq.
Daha sonra “ProSys” şirkətinin baş meneceri Ceyhun Əliyev çıxış edərək, məhsulları haqqında geniş məlumat verib. Qeyd edib ki, keyfiyyət, etibarlılıq və xidmət səviyyəsinin yüksəldilməsi şirkətimizin əsas meyarlarındandır. “ProSys” şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə avadanlıqları, proqram təminatlarını və əlaqədar xidmətlərin satışını təşkil və təmin edir. Şirkət informasiya və kommunikasiya texnologiyalarına aid layihələrin texniki şərtnamələrinin hazırlanması, idarə olunması, tətbiqini və sənədləşdirilməsini həyata keçirir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tədrisin və sənədlərin elektronlaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin