Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 21:15
Mərhum aktyor Azər Baxşəliyevin komada olarkən əlində hərəkət müşahidə olunub.
Sonxeber.net xəbər verir ki, bu barədə onun dostu İlkin Həsəni "Xəzər axşamı" proqramında danışıb:
"Bu günlərdə balaca uşaq kimi bilirsiniz nəyə sevinmişik? Kimsə dedi ki, gecə tibb bacılarından biri görüb əli, barmağı tərpənib. Ola bilər ki, hansısa refleks idi. O bizim üçün böyük bir işıq idi. Hamı bir-birinə böyük ümidlə baxdı ki, görəsən nəsə... Həkim ümidsiz halda gəldi dedi ki, yenilik yoxdur". (olay)