Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2025 21:50
"32 ildir ailəliyəm. Davalar da, barışıqlar da olub. Amma ailəmizi qoruyub saxlamışıq. Köhnələrdənəm".
Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində deyib. Sənətçi ailələrin dağılma səbəbindən danışıb.
O bildirib ki, sosial şəbəkələr və telefon ailələrin dağılmasına səbəb olur:
"Bəziləri deyir, həyat mənimdir, başqası nə düşünür önəmli deyil. Mənə önəmlidir. Abır-həyanı qorumaq lazımdır. Düşünürəm ki, bunu etsəm, nə deyərlər? Uşaqlarım var axı. Dörd divar arasında nə edirsən et, ondan kənara çıxma. Yoxsulluq da yaşamışıq, çörəyə görə dalaşmamışıq. Yoldaşım gözütoxdur. Adam qarına, kürkə, telefona görə boşanır? Bizim söz-söhbətimiz uşaqlara görə olub. Analar ört-basdır edir hər şeyi. Hər şeyi ictimailəşdirmək olmaz.
Telefonu çıxardan səhv edib. Sosial şəbəkə bizim üçün deyil. Biz azərbaycanlılar bundan düzgün istifadə edə bilmirik. Adi TikTok-a baxıram. Həkim çıxır +18 söhbət edir. Çılpaq şəkildə olmaz. Bu qədər acsınız? Mən kişi ola-ola həkimlərin söhbətindən utanıram. İşimdir deyib, hər şey danışmayın. Bunu cəmiyyətə danışmaq...
Boşanmaların səbəbi bilirsiniz nədir? Biri yaxşı yaşayır, başlayır paylaşır: sevgilim mənə bunu aldı, evim budur. Bir başqası da universitet qurtarıb, 300 manata işləyəcəyini düşünür. Deyir, nəyimə lazımdır. Gedib bu həyatı yaşayım. Qadınlar TikTok-da küçə söyüşünü keçiblər". (Axşam.az)