Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piter Teys: Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır

Piter Teys: Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır

Tarix: 6 Dekabr 2019 19:03

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, bu təşəbbüs Azərbaycan hökumətinin strateji baxışını reallaşdıran alicənab addımdır:

“Bu təşəbbüs BMT-nin ətraf mühit sahəsindəki hədəflərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına Azərbaycan hökumətinimn verdiyi unikal töhfədir. Azərbaycan meşə bərpası kampaniyası üzrə adambaşı verilən töhfəyə və ətraf mühitin mühafizəsi siyasətinə görə Avropa və Asiya ölkələri arasında mühüm yer tutur”.

P.Teys qeyd edib ki, Avropa İttifaqının ən inkişaf etmiş ölkələrində belə bu cüri irimiqyaslı təşəbbüslər həyata keçirilmir:

“Azərbaycan ətraf mühitin və meşə ehtiyatlarının mühafizəsinə çoxlu töhfə verən ölkədir və digər inkişaf etmiş ölkələr də bu nümunəyə əməl etməlidir”.


Etiketlər:  Piter Teys Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır


RƏYLƏR