Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 20:20
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynanı beynəlxalq hüququ pozmaqda ittiham edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bəyanat Papuaşvilinin sosial şəbəkə profilində dərc olunub.
"Ukraynanın könüllülərin göndərilməsi tələbi ilə Gürcüstana təzyiq göstərməsi beynəlxalq hüququn pozulması idi, lakin görünür ki, bəziləri qanunları yalnız başqalarına deyil, öz övladlarına aid olduqda xatırlayırlar", - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin fevralında, müharibənin başlamasından dərhal sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba gürcü könüllülərinin Ukraynaya göndərilməsini tələb edib. Papuaşvili vurğulayıb ki, bu, Gürcüstanın müharibəyə cəlb edilməsinə bərabər olardı.
"Xatırladım ki, Gürcüstan Ukrayna hakimiyyətinin döyüşçü göndərilməsini tələb etdiyi yeganə ölkə idi. Gürcüstan imtina edəndə Kuleba Ukrayna səfirini geri çağırdı, yerli müxalifət və QHT-lər isə Rustaveli prospektində Rusiyaya qarşı sanksiyalarla yanaşı, gürcülərin hökumətin himayəsi altında müharibəyə göndərilməsi tələbi ilə etiraz aksiyaları təşkil etdilər", - deyə o yazıb.
Papuaşvili əlavə edib ki, indi keçmiş xarici işlər naziri Kuleba 18 yaşlı oğlunun niyə Ukraynanın müdafiəsi üçün müharibəyə getməməli olduğuna Ukrayna qanunlarında bəraət axtarmağa çalışır.