Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2025 21:42
Türkiyə Superliqasının bombardiri, "Başakşəhər" klubunun futbolçusu Kşiştof Piontek karyerasını ABŞ-nin MLS Liqasında davam etdirə bilər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunu "Atalanta Yunayted" transfer etmək niyyətindədir.
Futbolçu 2023-cü ildən Türkiyə klubunun formasını geyinir. K.Piontek hazırda 13 qolla Superliqanın bombardirlər siyahısında birincidir.
Qeyd edək ki, İstanbul komandası Superliqanın turnir cədvəlində 26 xalla 7-ci yerdə qərarlaşıb.