Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 09:44
Moskvanın Çertanovski Məhkəməsi inzibati cəzanın icrasından yayındığına görə quqlu 8 milyard rubldan çox cərimələyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən "İnterfaks"a bildirilib.
Şirkət inzibati cəzanın icrasından yayınmaqda təqsirli bilinir (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsi). Buna görə cəza əvvəllər ödənilməmiş cərimənin iki misli miqdarında inzibati cərimə tətbiq edilməsinə səbəb olur.
Qeyd edək ki, daha əvvəl Rusiyada quql bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.