Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 12:52
Ötən ilin dekabrın sonunda Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana aparılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb.
Bildirilib ki, "qara qutu"lar qəza ilə bağlı yekun rəyin verilməsi üçün hadisənin səbəblərini araşdıran komissiyaya təhvil verilib.
Qeyd edək ki, Braziliyada "qara qutu"nun açılmasına yanvarın 4-də başlanılmışdı.