Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2025 20:26
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında ilin yekunları üzrə qiymətləndirmə çıxışı zamanı görünməmiş etirazla qarşılaşıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.
Səlahiyyət müddətinin bitməsinə qısa müddət qalan Blinken Bayden administrasiyasının xarici siyasətindən bəhs etdiyi zaman Fələstin tərəfdarları olan fəallar bir neçə dəfə onun çıxışına müdaxilə edib.
"Sizin ancaq bir siyasətiniz var, o da öldürmək", - deyə fəallardan biri qışqırıb.
Zaldan "Soyqırımı naziri. Yüzlərlə günahsız insanın qanı əllərindədir", "Sonsuza qədər "qanlı Blinken" olaraq xatırlanacaqsınız" kimi ifadələr səsləndirilib./oxu.az