Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2025 17:22
Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının üzvü Anna Mkrtçyan bu gün iclasda "Ermənistan və "artsax"ın birgə xəritəsi"ni kağız formada kürsünün yanına yapışdırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası video paylaşıb.
O bildirib ki, indiki hakimiyyət "Ermənistan və "artsax" bir yerdə" təhvil alıb.
Parlament rəhbərliyinin göstərişi ilə təhlükəsizlik işçiləri kağız parçasını cırıblar.
"Ermənistan" fraksiyasının katibi, masasını üzərinə "artsax"ın əski parçasını qoyan Artsvik Minasyan isə "xəritənin" çıxarılmasını indiki hakimiyyətin "simasının göstəricisi" adlandırıb.
Qeyd edək ki, bu fakt Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi fraksiyaların işğalı davam və təbliğ etmək niyyətini ortaya qoyur. Bu qanunsuzluğun və Azərbaycan ərazilərinə iddianın 20 Yanvar - Azərbaycanda Milli Hüzn Günündə baş verməsi isə Azərbaycan xalqının hissləri ilə oynamaqdır.