Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2025 06:20
Bir çox ailədə xərclik mövzusu uşaqlar və yeniyetmələr üçün müzakirə olunan əsas məsələlərdəndir.
Bəs görəsən, uşaqlara günlün və aylıq nə qədər xərclik verilməlidir?
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sosioloq Rəşad Əsgərovun sözlərinə görə, uşaqlara xərcliyi çox və ya az vermək doğru bir davranış deyil. Bu cür yanaşma, uşağın yoldaşları ilə özünü müqayisə etməsinə və ana-atasının onu sevmədikləri hissinə qapılmasına səbəb olur.
Psixoloqların fikrincə, xərcliklərin nizamlı və məsuliyyətli şəkildə istifadə olunmasına xüsusi diqqət yetirilməlidir.
Mütəxəssislər qeyd edirlər ki, 6 - 10 yaş arası uşaqlara gündəlik olaraq 1-3 manat arası, 11-14 yaşlı uşaqlara həftədə 5-15 manat arası, yeniyetmələrə isə həftədə 20-30 manat arası xərclik verilməsi tövsiyə olunur. Xərclik uşağın məsuliyyət, maliyyə idarəetməsi və dəyər anlayışını inkişaf etdirmək üçün verilən bir vasitə olmalıdır. Bu səbəbdən də xərcliyin miqdarı uşağın yaşına və ehtiyaclarına uyğun şəkildə verilməli, həm də düzgün istifadəsi izlənilməlidir.
Ddaha ətraflı videomaterialı təqdim edirik.