Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu tarixdən başlayacaq

Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi bu tarixdən başlayacaq

Tarix: 7 Dekabr 2019 14:30

Bakı. Elçin Mehdiyev - Trend:

Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı"nda öz əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq. Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi tarixdən başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ