Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2025 12:10
Dünya basketbolunun ən titullu oyunçularından biri, Yuqoslaviya millisinin tərkibində 1980-ci il Olimpiya çempionu Drajen Dalipagiç 73 yaşında vəfat edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) saytında məlumat verilib.
Dalipagiç uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, Basketbol Şöhrət Zalının üzvüdür. İdmançı Moskva Olimpiadası ilə yanaşı, 1978-ci il dünya çempionatında və üç dəfə Avropa çempionatında (1973, 1975, 1977) qızıl medal qazanıb.
Ümumilikdə Dalipagiç milli komanda ilə 12 medal qazanıb. O, 243 beynəlxalq oyunda 3 700 karyera xalı toplayaraq Yuqoslaviya millisinin ən yaxşı bombardiri olub.
Klub səviyyəsində Dalipagiç 1978 və 1979-cu illərdə Korats Kubokunu və "Partizan"la iki dəfə Yuqoslaviya çempionluğunu qazanıb. O, həmçinin "Udine", "Verona", "Venesiya", "Srvena Zvezda" və "Real Madrid" klublarında çıxış edib./oxu.az