Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2025 22:22
"Qarabağ" bu gün asan matça çıxmayacağını yaxşı bilir. Amma mən keyfiyyətli oyunla müsbət nəticə qazana biləcəklərinə dair ümidliyəm.
Sonxeber.net xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq qapıçısı Cahangir Həsənzadə Ağdam təmsilçisinin bu gün UEFA Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Olimpiakos" klubuna qarşı keçirəcəyi VIII matçı barədə danışarkən deyib.
Mütəxəssis "Qarabağ"ın səfərdə oynamasına baxmayaraq, optimal heyətlə meydanda olacağını bildirib:
"Qarabağ"ın bu mövsüm avrokuboklarda keçirdiyi bütün qarşılaşmalar eyni ssenari ilə gedir. Yaxşı oyun göstərmələrinə baxmayaraq, bəzi epizodlarda yaranan boşluqlar üzündən uduzurlar. Turnirdə son oyunları olsa belə, bütün güclərini meydanda qoyacaqlar ki, ən azından Bakıya qələbə ilə qayıtsınlar və daxili çempionatda öz uğurlu nəticələrini davam etdirsinlər. Amma "Olimpiakos" da kifayət qədər güclü rəqibdir. Evdə oynamaları onların motivasiyasını artıracaq".
O, "Qarabağ"ın avrokuboklardakı uğursuz çıxışının ölkə çempionatının oyunlarına mənfi təsir göstərə biləcəyini söyləyib.