Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 23:20
23:20
Əməkdar artist Vasif Məhərrəmli "xaş hambal yeməyidir" sözlərinə görə tənqid olunmasından danışıb.
Sonxeber.net xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində sarımsaq yeyib küçəyə çıxanları tənqid edib.
"Mən xaşı limonla yeyirəm. Sarımsaq yemisənsə, küçəyə çıxma. Kim necə başa düşürsə, vecimə deyil, umrumda da deyil" deyə, V.Məhərrəmli əlavə edib.
Qeyd edək ki, "Xaş hambal yeməyidir. Əsrin əvvəlində İrandan bura olan axında əziyyət çəkən hamballar olub. Heyvanın baş-ayağını atırmışlar. Hansısa bir hambal götürür onu bişirir və nəticədə xaş olur" deyən müğənni tənqid olunub. (Axşam.az)
--------------
2025.02.01
"Sirkə, sarımsaq yeyib ictimaiyyət içinə çıxmayın".
Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Günə bax" verilişində deyib.
O bildirib ki, xaş hambal yeməyidir:
"Mən xaşı limonla yeyirəm. Xaş hambal yeməyidir. 20-ci əsrin əvvəlində İrandan axın edənlər içərisində əziyyət çəkən hamballar var idi. Onlar o vaxta qədər qoyunun, dananın başı ilə ayağını atırmışlar. Hansısa bir novator hambal onu bişirir, xaş olur". (olay)