Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinayətkar dəstənin lideri universitet məzunu oldu

Cinayətkar dəstənin lideri universitet məzunu oldu

Tarix: 2 Fevral 2025 10:06

Beynəlxalq cinayətkar dəstənin lideri Sedat Pekerin yaşadığı Birləşmiş Ərəb Əmirliklərində universitet bitirməsinə dair məlumat yayılıb.

Sonxeber.net bildirir ki, BƏƏ-də yaşayan və qırmızı bülletenlə axtarışda olan cinayətkar dəstənin lideri Sedat Peker universitetin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Universiteti bitirərək məzun olan Peker məzuniyyət fotosunu ailəsi ilə paylaşıb.

Sedat Pekerin oğlu Boğaçhan Talha Peker sosial media hesabında bu sözləri yazıb:

"Atamın məzuniyyət yeməyindəyik. İnşallah mən də sənin yolunu gedəcəyəm və universitetin Beynəlxalq Əlaqələr fakültəsini bitirəcəm. Səninlə çox qürur duyuram, əziz atam."

Məlum olduğu kimi 53 yaşlı Sedat Peker Türkiyədə Kadıköy İntaş Liseyində oxuyub.

Pekerin BƏƏ-də hansı universiteti bitirdiyi məlum deyil. /Lent.az 


Etiketlər:  Cinayətkar dəstənin lideri universitet məzunu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ