Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappedən üzr istədi - FOTO

Mbappedən üzr istədi - FOTO

Tarix: 2 Fevral 2025 15:26

"Espanyol"un sol cinah müdafiəçisi Karlos Romero İspaniya La Liqasının 22-ci turunda etdiyi kobudluğa görə "Real"ın hücumçusu Kilian Mbappedən üzr istəyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 60-cı dəqiqədə Romero meydanın ortasında qonaq oyunçunu arxadan vurub.

"Mbappenin qarşısıalınmaz olduğunu bilirdim və bacardığım qədər onu saxlamağa çalışdım. Bu, çirkin hərəkət idi və mən ondan üzr istədim. Bu epizod münaqişəyə çevrilmədi, hər şey meydanda qaldı", - Romero bildirib.

Matçdan sonra Madrid klubunun baş məşqçisi Karlo Ançelotti "Espanyol"un müdafiəçisinin Mbappeyə qarşı kobud oyuna görə qırmızı vərəqə almamasını anlaşılmaz adlandırıb.


Etiketlər:  Mbappedən üzr istədi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ