Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu gün xəstəxanalarda sanki gözəllik yarışması keçirilir”

“Bu gün xəstəxanalarda sanki gözəllik yarışması keçirilir”

Tarix: 3 Fevral 2025 06:35

"Bu gün poliklinikanın hansı kabinetinə girsəm orada saçı "ukladkalı", üzündə makiyajı olan həkimlər görürəm. Sanki bu dəqiqə gözəllik salonundan çıxıb kabinetə giriblər". 

Sonxeber.net xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib. 

Televiziya ulduzu tibb müəssisələrində çalışan həkimlərin həddən artıq baxımlı olmasını tənqid edib: 

"Həkim öz üzərində çalışmalıdır. Amma gözəllik mənasında yox. Həkim daim mütaliə etməlidir, baxnalıdır ki, hansı yeni müalicələr var və sairə. Amma poliklinikaya və ya xəstəxanaya daxil olursan sanki gözəllik yarışmasıdır. Orada həkimlər yox modellər gəzirlər. Deyirlər ki, bu, filankəs həkimdir. Baxırsan üzünə və sual yaranır ki, bu həkimdir? Bu adam ancaq özünə baxır, o, mənə necə baxsın? Onun zamanı yalnız özünə gedir nəyinki mənə". (olay)


Etiketlər:  gün xəstəxanalarda sanki gözəllik yarışması keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ