Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seçkilərdə qələbəsi təsdiqləndi

Seçkilərdə qələbəsi təsdiqləndi

Tarix: 3 Fevral 2025 16:34

Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun yanvarın 26-da keçirilən prezident seçkilərində qələbəsini təsdiq edib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Belarus MSK bununla bağlı açıqlama yayıb. 

Bildirilib ki, ölkənin hazırkı lideri A.Lukaşenko seçkilərdə 86,82 faiz (5,1 milyon səs) səslə qalib gəlib. 

Bununla yanaşı, seçkidə iştirak edən Sergey Sırankov 3,21%, Oleq Qaydukeviç 2,02%, Anna Kanopatskaya 1,86%, Aleksandr Xijnyak isə 1,74% səs toplayıb. 

Xatırladaq ki, seçki başa çatdıqdan sonra Belarus MSK ilkin nəticələrə əsasən, Lukaşenkonun 86,82 faiz səslə qalib gəldiyini açıqlamışdı.


Etiketlər:  Seçkilərdə qələbəsi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ