Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” ulduzunu geri qaytarır - FOTO

“Qarabağ” ulduzunu geri qaytarır - FOTO

Tarix: 4 Fevral 2025 17:28

"Qarabağ" qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.

Belə ki, sabiq futbolçu Kadi Borxes "Qarabağ"a qayıtmaq üzrədi. Ötən ilin yayında Macarıstanın "Ferensvaroş" klubuna keçən braziliyalı vingerin "Qarabağ"la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.

Qeyd edək ki, Kadi Borxes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər "Qarabağ"ın formasını geyinib.


Etiketlər:  Qarabağ ulduzunu geri qaytarır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ