Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 19:50
Rusiyada Nijni Novqorod - Soçi reysini həyata keçirən "İkar" aviaşirkətinin təyyarəsində uçuş zamanı bələdçilərə bıçaqla hücum olub.
Sonxeber.net bildirir ki, bu barədə "Shot" teleqram kanalı yazıb.
Məlumata görə, sərnişinlərdən biri ekipaj üzvləri mübahisədən sonra bıçaq çıxararaq yelləməyə və qışqırmağa başlayıb.
Bildirilir ki, kişi ekipajdan spirtli içki tələb edib və bıçaqla baqaj rəfinə zərbələr endirib. Bələdçilər sərxoş sərnişini sakitləşdirə biliblər və təyyarə eniş etdikdən sonra onu polisə təhvil veriblər.
Hadisə nəticəsində heç kim xəsarət almayıb. /baku.ws