Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA-dan 15 yaşlı futbolçuya ağır CƏZA

AFFA-dan 15 yaşlı futbolçuya ağır CƏZA

Tarix: 5 Fevral 2025 14:34

AFFA İntizam Komitəsi U-15 Liqasında çıxış edən "Qəbələ"nin futbolçusu Emil Təhməzovu 10 oyunluq cəzalandırıb.

Sonxeber.net xəbər verir ki, buna səbəb onun "Asta" ilə görüş bitdikdən sonra hakimə fiziki təzyiq göstərməsi olub. Təhməzov referini əllə vurduğu üçün qırmızı vərəqə alıb.

Həmin liqanın "Metak" - "Turan Tovuz" qarşılaşmasında birincilərin baş məşqçisi Mehman Səfərov hakimi təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya edilib.

U-13 Qızlar liqasının "Səbail" PFK - "Şəfa" görüşündə isə "Səbail"in baş məşqçisi Etibar Həsənov təhqiredici, qeyri-etik ifadələr işlədib və ya jestlərdən istifadə edib ki, o da buna görə, 5 oyunluq cəzalandırılıb.


Etiketlər:  AFFA yaşlı futbolçuya ağır CƏZA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ