Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda məşhur 2 bankın vəzifəli şəxsi CƏRİMƏLƏNDİ

Azərbaycanda məşhur 2 bankın vəzifəli şəxsi CƏRİMƏLƏNDİ

Tarix: 6 Fevral 2025 11:52

"Yapı Kredi Bank Azərbaycan" QSC və "PAŞA Bank" ASC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sonxeber.netAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 8 min manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə "Paşa Bank" ASC-nin vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.


Etiketlər:  Azərbaycanda məşhur bankın vəzifəli şəxsi CƏRİMƏLƏNDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ