Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı tutuldu - FOTO

Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı tutuldu - FOTO

Tarix: 11 Fevral 2025 21:30

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komediya aktrisası saxlanılıb.

Sonxeber.net yerli mediaya istinadla bildirir ki, İstanbul şəhərinin Kadıköy qəsəbə polisinin keçirdiyi əməliyyat nəticəsində komediya səhnələrində yer alan 29 yaşlı aktrisa Selin Dilmaç və ondan narkotik alan azərbaycanlı Ruslan A. saxlanılıblar.

Narkotik aludəçisi olduğunu etiraf edən Selin Dilmaç ifadəsində bildirib ki, 3 gün əvvəl U.K. adlıbiri ilə tanış olub. Ondan özü üçün narkotik maddə alıb:

"Sonra U.K. zəng edib dedi ki, görüşək və narkotikləri sənə verim. Mən də razılaşıb götürdüm. Həmin narkotikləri 1500 lirə qarşılığında Ruslan A.-ya verməli idim. Ancaq narkotikləri ona verərkən polis tərəfindən tutulduq".

Qeyd edək ki, aktrisanın evində aparılan axtarışlar zamanı satışa hazır vəziyyətdə 192 bükümdə ümumilikdə 759 qramdan artıq narkotik maddə aşkarlanıb. Məhkəmənin qərarı ilə Selin Dilmaç həbs edilib. /lent.az


Etiketlər:  Məşhur aktrisa ondan narkotik alan azərbaycanlı tutuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ