Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərazi işiqsız qalacaq

Bu ərazi işiqsız qalacaq

Tarix: 13 Fevral 2025 10:40

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Bakıxanov qəsəbəsini qidalandıran 10 kV-luq hava xətlərindən bəzilərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fevralın 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Sonxeber.netxəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 17:00-dək qəsəbənin Şamil Kamilov, Mahir Əmirov, Sülh, Ramiz Qəmbərov, Ruhulla Axundov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə təmin olunacaq.


Etiketlər:  ərazi işiqsız qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ