Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazim Sadıqov Nərimanı məğlub edən braziliyalıya qarşı

Nazim Sadıqov Nərimanı məğlub edən braziliyalıya qarşı

Tarix: 15 Fevral 2025 19:20

Azərbaycanlı döyüşçü Nazim Sadıqov Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, Bakı vaxtı ilə fevralın 16-sı saat 4:00-da döyüşə çıxacaq.

N.Sadıqovun UFC-də yüngül çəki dərəcəsindəki rəqibi braziliyalı İsmael Bonfim olacaq.

İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.

Qeyd edək ki, döyüş ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.

Bu, Sadıqovun UFC-də dördüncü döyüşü olacaq. O, oktaqonda iki qələbə, bir heç-heçə ilə yadda qalıb. Nazimin rəqibi isə keçirdiyi üç döyüşün ikisində qələbə qazanıb, bir məğlubiyyəti var.


Etiketlər:  Nazim Sadıqov Nərimanı məğlub edən braziliyalıya qarşı


RƏYLƏR