Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” “Qarabağ”la oyuna 4 itki ilə çıxacaq

“Neftçi” “Qarabağ”la oyuna 4 itki ilə çıxacaq

Tarix: 15 Fevral 2025 20:42

"Neftçi"  Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"la matçın hazırlığını başa çatdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo "Qarabağ"la görüşü buraxacaqlar.

Qeyd edək ki, sabah "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da başlanacaq.


Etiketlər:  Neftçi Qarabağla oyuna itki ilə çıxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ