Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalanda partlayış - Xəsarət alan var

Xırdalanda partlayış - Xəsarət alan var

Tarix: 9 Dekabr 2019 11:45

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xırdalanda partlayış Xəsarət alan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ